Səfirə hücum Putini hərəkətə gətirdi – Güc nazirləri toplanır

Rusiyanın Ankaradakı səfiri Andrey Karlova silahlı hücumla bağlı artıq Prezident Putinə məruzə olunub.

Axar.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “RİA-Novosti”yə açıqlamasında deyib. Onun sözlərinə görə, Prezident Putin Xarici İşlər Nazirliyi və xüsusi xidmət orqanlarının rəhbərləri ilə olayı müzakirə etməyə hazırlaşır.Xatırladaq ki, az öncə Ankarada sərgidə iştirak edən Rusiya səfiri karlova silahlı hücum olub. Karlovun aldığı yaralardan öldüyü barədə məlumat da yayılıb.






Fikirlər