27.06.2014.- ABŞ-dan Türkiyə əleyhinə qərar
ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində Türkiyə və Şimali Kiprdəki xristian mülklərinin ABŞ Dovlət Departamenti tərəfindən izlənilməsini nəzərdə tutan Türkiyə əleyhinə qanun qəbul edilib.
TRThaber-in verdiyi məlumata görə, Mosulda yaşanan böhran səbəbindən ötən həftə müzakirəsi təxirə salınan qətnamə erməni diasporunun təzyiqi ilə bu gün yenidən Konqressdə gündəmə gətirilib.
Müvafiq komitədə qətnamə layihəsi səs çoxluğu ilə qəbul edilib. Bir sıra millət vəkillləri belə qanunun qəbul edilməsinin yolverilməz olduğunu, bunun ABŞ-la Türkiyənin müttəfiqlik münasibətlərinə kölgə salacağını söyləyiblər. 4347 saylı hesabat qanunu layihəsini konqresmenlərdən Cerald Konolli və Qriqori Miks sərt tənqid ediblər. Onlar layihədə Türkiyədə dini vəziyyətlə bağlı müsbət məqamların bilərəkdən, görməməzliyə vurulduğunu dilə gətiriblər.