Dövlət Baxçalıdan bəhs edən kitabda ŞOK FAKTLAR
Sabahatdın Önkibarın "Dövlət Bağçalı və Dərin Ülkücülər" kitabı bu gün satışa verilib. Modern.az saytı xəbər verir ki, pressday.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, ancaq dünən, hələ kitab bazara çıxmadan, Milliyyətçi Hərəkat Partiyasının (MHP) başqanı Dövlət Bağçalı Ankara 6-ci Asliye Hüquq Məhkəməsinə müraciət edərək kitabın yayılmasının dayandırılmasını, satış üçün yayılanların toplanmasını istəyib. Məhkəmə bu gün müraciət haqqında qərar verib. Kitabın satışının dayandırılması, dağıdılanların isə toplanılması qərarına gəlinərkən, qərarın etiraza açıq olduğu söylənilib. Önkibar “Aydınlık”qəzetindəki köşəsində kitabının təqdimatını belə edib: -Ülkücülərin döydüyü Bağçalının kasetində nələr var? - Dəmirəl və Türkeşdən Bağçalı üçün MİT agenti sənədləri. -Məhz Bağçalının, "Sizin xatirinizə Allahın əmrini dəyişdirə bilmərəm" deyən müftinin MHP-nin ümumi mərkəzindən qovulma görüntüləri. -Bağçalı, APO edam edilməli, deyən Mehmet Gülü necə təhdid edib? -Bağçalının Kamal Dərviş və Abdullah Gül ilə gizli və sirli əlaqələri! - Bağçalının MKİ agentini MHP-nin rəhbəri etmə hekayəsi! - Bağçalıya sistemin iti deyən əfsanə ülkücü kimdir?