“Bizim Paralelə verəcək partiyamız yoxdur” – MHP lideri
Bu gün Türkiyə Böyük Millət Məclisinin qrup toplantısında çıxış edən Milliyyətçi Hərəkat Partiyasının başqanı Dövlət Baxçalı maraqlı açıqlamalar verib. Yenicag.az xəbər verir ki, bəzi qüvvələri MHP-ni əsir almağa çalışmaqda suçlayan D.Baxçalı “MHP-ni əsla onlara təslim etməyəcəyik. Bu dava şəhid qanı ilə yoğrulub” deyib. Ankara 12-ci Sülh Hüquq Məhkəməsinin qəyyum heyəti qərarını tənqid edən MHP lideri “Bizim Paralelə təslim edəcək partiyamız yoxdur” deyib. Qeyd edək ki, MHP başqanlığına ən ciddi namizəd sayılan Meral Akşeneri hazırda Baxçalının da “Paralel” adlandırdığı Fətullah Gülən Şəbəkəsi dəstəkləyir. AKP ilə mübarizədə ard-arda məğlub olan Paralel Şəbəkənin MHP-ni ələ keçirərək, siyasi güc olaraq, meydanda qalmaq istəyir.