Rusiya V Qlobal Bakı Forumunda iki nüfuzlu siyasətçi ilə TƏMSİL OLUNACAQ

Rusiya Federasiyasının sabiq dövlət katibi, baş nazirin müavini Gennadiy Burbulis və Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru, xarici işlər nazirinin keçmiş müavini Vyaçeslav Trubnikov V Qlobal Bakı Forumunda iştirak edəcək.

Diaporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, “Xarici əlaqələrin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunmuş forumun “Baltik-Qara dəniz Təhlükəsizlik İcmasının yaradılması: Fəaliyyət Planına doğru” adlı panel iclasında Gennadiy Burbulisin çıxışı nəzərdə tutulub.Qeyd edək ki, G.Burbulis SSRİ-nin və Rusiyanın dövlət xadimi, 1990-92-ci illərdə Boris Yeltsinin yaxın silahdaşı, Rusiya Sovet Federativ Sosialist Respublilasının ilk və son dövlət katibi olub, həmin dövrdə Rusiyanın siyasətinə böyük təsir göstərib.V.Trubnikov isə 1992-1996-cı illərdə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktorunun müavini olub, Yevgeni Primakovun ölümündən sonra 2000-ci ilə qədər bu xidmətə rəhbərlik edib. 2000-ci ildə isə xarici işlər nazirinin MDB işləri üzrə müavini təyin olunub, 4 il bu vəzifədə işləyib. V.Trubnikov həmin dövrdə ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan Qarabağ danışıqlarında yaxından iştirak edib.Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 16-17-də keçiriləcək V Qlobal Bakı Forumunda dünyanı narahat edən qlobal məsələlər - transatlantik münasibətlərin gələcəyi, terrorizmlə mübarizə, beynəlxalq münasibətlərdə Çinin rolu kimi məslələr müzakirə ediləcək.






Fikirlər