06.09.2014- Ərdoğanın PKK ilə bağlı müdhiş planı

06.09.2014- Ərdoğanın PKK ilə bağlı müdhiş planı AKP hökumətinin “kürd açılımı” siyasətində yeni sensasion bir mərhələ başlanır. Belə ki, Ərdoğan iqtidarı oktyabrda PKK probleminin həlli üçün mühüm bir “yol xəritəsi” hazırlayıb.
Axar.az xəbər verir ki, hökumət prosesin detallarını oktyabrda ictimaiyyətə açıqlamağı planlaşdırır. Bu danışıqların ən əhəmiyyətli dönüş nöqtəsi PKK yaraqlılarının silahlarla birdəfəlik vidalaşması olacaq.
Xəbərdə qeyd olunur ki, prezident Ərdoğan 2015-ci ilə qədər PKK-ya qoşulanların danışıqlar nəticəsində silahsızlaşdırılmasına nail olmaq istəyir. Təxminən 200 səhifəlik “yol xəritəsi”nin gələn ilin ilk rübündə reallaşması gözlənilir.

06.09.2014- Ərdoğanın PKK ilə bağlı müdhiş planı
Bu prosesin sürətləndirilməsi üçün rəsmi Ankara ilə Ərbil hökuməti arasında dialoq da aparılır. Həmçinin danışıqlar Qəndil dağlarında da təşkil ediləcək. PKK liderləri ilə görüşlərdə “dağdan eniş” məsələsinin həlli müzakirə olunacaq.

Ərdoğan iqtidarının yeni “yol xəritəsi”ndə müddəalardan biri də PKK silahlılarının keçid müddətində Şimali İraqdakı düşərgələrdə yerləşdirilməsidir. Bir illik dialoqdan sonra PKK-nın tamamilə silahları yerə qoyması gerçəkləşə bilər.
Bu danışıqlarda QHT-lər də vasitəçi kimi iştirak edəcəklər. PKK silahı yerə qoyduğu halda iqtisadi inkişaf, investisiyaların qoyulması ilə bağlı müzakirələr başlana bilər.
Bərzani hökumətinin Daxili İşlər naziri Əfqan Əla da mətbuata açıqlamasında deyilənləri təsdiqləyib. Nazir bildirib ki, “yol xəritəsi”ndə silahdan istifadə etməyən PKK-çıların yenidən cəmiyyətə inteqrasiyası mümkün olacaq. Ərdoğan iqtidarı buna zəmanət verib.


06.09.2014- Ərdoğanın PKK ilə bağlı müdhiş planı






Fikirlər