03.04.2014. - Ərdoğan istirahətini yarımçıq qoyub Azərbaycana gəlir.
ANS-in məlumatına görə, baş nazir seçkilər zamanı yorulduğuna görə Kısıklıdakı evində istirahət edir. Ölkədə keçirilən seçkilərin rəsmi nəticələri açıqlanmayana qədər onun ölkə xaricinə səfərlərinin planlaşdırılmadığı bildirilir. Ərdoğanın evində bitki müalicəsi qəbul etdiyi bildirilir. Seçkilər zamanı səs telləri zərər görən baş nazirin ballı yeməklər yediyi məlum olub. Onun sabah Azərbaycana səfər etməsi planlaşdırılır.
Qeyd edək ki, Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın 4 aprel-cümə günü Azərbaycana işgüzar səfər edəcək. İstanbuldan Azərbaycana gələcək olan baş nazir Ərdoğanın səfərindən əvvəl mətbuat konfransı keçirəcəyi bildirilir.
Səfər 1 gün davam edəcək. Səfər çərçivəsində iki ölkə arasında siyasi və iqtisadi əməkdaşlığın perspektivləri müzakirə olunacaq.