Merkel Ərdoğandan terrorçunu istədi – “Onu AZADLIGA BURAXIN”
Almaniya kansleri Angela Merkellə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında Brüsseldə NATO sammiti çərçivəsində görüş baş tutub. Görüşdə kansler hazırda Türkiyədə həbsdə olan alman jurnalist, terorrçu olduğu üçün həbs edilən Dəniz Yücəlin azadlığa buraxılmasını Ərdoğandan xahiş edib. Bundan əlavə, tərəflər İncirlik aviabazası ilə də bağlı müzakirələr aparıblar. Xatırladaq ki, Almaniyanın məşhur mətbu orqanlarında sayılan “Di Velt”in Türkiyə üzrə nümayəndəsi Dəniz Yücəl 2017-ci ilin 14 fevralında terror təbliğatı aparmaq ittihamı ilə həbs edilib.