«DER SPİEGEL»: "MERKELİN Ərdoğandan XOŞU gəlmir, LAKİN ona ehtiyacı var"

Almaniyanın «Der Spiegel» jurnalında kansler Angela Merkelin Türkiyə ziyarəti ilə bağlı məqalə dərc olunub.

 AzerTaym.az xarici mətbuata istinadən xəbər verir ki, müəllif Filip Vittrok əslində Merkelin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan xoşunun gəlmədiyini, lakin ona ehtiyacının olduğunu yazıb:«Angela Merkel miqrant böhranına görə növbəti dəfə Türkiyəyə gedib. Fevralın 18-19-da Avropa Birliyinin miqrantlarla bağlı sammiti keçiriləcək. Merkelin ziyarətinin sammit ərəfəsinə təsadüf etməsi də bununla bağlıdır. Alman kansler miqrant siyasəti ilə bağlı ona ünvanlanan tənqidlərə görə konkret addımlar atmağa məcburdur. Əslində Merkelin Rəcəb Tayyib Ərdoğandan xoşu gəlmir, lakin indi ona ehtiyacı var".

Qəzet yazır ki, Avropa Birliyi 3 milyard avro yardımın qarşılığında Avropaya miqrant axınını önləməyə çalışır.

Lakin Türkiyə baş naziri Əhməd Davudoğlu Ankaranın ən azı 5 milyard avroya ehtiyacının olduğunu bildirib: "Merkelin Türkiyə ziyarətinin həm də bununla bağlı olduğu deyilir. Tərəflər yardımın məbləği ilə bağlı razilığa gəlməyə çalışacaq». 

 






Fikirlər