Almaniya kansleri Angela Merkel Avropada miqrant böhranını türkiyəli rəsmilərlə müzakirə etmək üçün Ankaraya səfər edib. 
ANS PRESS-in məlumatına görə, Ankarada Merkeli Türkiyənin Baş naziri Əhməd Davudoğluqarşılayıb. Avropaya miqrant axınının yolunda aparıcı rol oynayan Türkiyə, Merkelin bu axını azaltmaq istiqamətində diplomatik təşəbbüslərinin mərkəzini təşkil edir. 
Angela Merkelin Ankaraya səfəri Türkiyənin Suriya ilə sərhədində 35 minə yaxın suriyalı qaçqına qapı açmaq üçün təzyiqlərə məruz qaldığı bir vaxta təsadüf edib. Artıq 2,5 milyon suriyalı qaçqına sığınacaq verən Türkiyə daha çox qaçqın qəbul edə bilməyəcəyini açıqlayıb. 
Avropa Birliyi qaçqınların vəziyyətini yaxşılaşdırmaq üçün 3 milyard avro dəyərində yardım ayıracağını vəd edib. 


Angela Merkel və Əhməd Davudoğlu

1
Angela Merkelin rəsmi qarşılanma mərasimi
Sonuncu dəfə Türkiyə baş naziri Əhməd Davudoğlu və Almaniya kansleri Angela Merkel Berlində görüşüblər. O zaman Davudoğlu Merkeli kürd məsələsində Rusiyanın mövqeyindən fərqli mövqe tutmağa çağırmışdı. 
Suriyadan olan qaçqınlar Türkiyə ərazisi vasitəsi ilə Avropa ölkələrinə üz tuturlar. Qaçqınlar arasında ən populyar istiqamət Almaniya hesab olunur. Son məlumatlara görə, bu ölkə il ərzində 1,1 milyon miqrant qəbul edib. 
Bu sayın yaxın zamanda artma ehtimalı birbaşa Türkiyə sərhədçilərindən asılıdır.