“30 min qaçqına görə Nobelə namizəd göstərilir” – Ərdoğandan Merkelə atmaca

erdogan-merkelTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G-20 formatında İstanbulda təşkil olunmuş “W-20” sammitinin açılış mərasimi və Birinci Asiya-Sakit Okean Ölkələri Dini Liderlər Sammitinin bağlanış mərasiminə qatılıb.

 Azərtaym.az AzPolitika.info-a istinadən verdiyi məlumata görə, “W-20” formatı ilk dəfə Türkiyə tərəfindən təşkil olunan və dünyanın 20 qadın ictimai və siyasi xadimlərindən toplanılan zirvə layihəsidir.

R.T.Ərdoğan “W-20” nin açılış mərasimində bu qrupa böyük əhəmiyyət verdiyini vurğulayıb.

O, çıxışı zamanı Almaniyanın xanım kansleri Angela Merkelin də ünvanına atmaca atıb: “Çox maraqlı proseslər gedir. Bəziləri qaçqın qəbulundan söz açır, “budur, biz 30-40 min qaçqın qəbul edəcəyik” deyir, ondan sonra da Nobelə namizəd göstərilir, necə olursa. Bizdə 2,5 milyon qaçqın var. Bu mövzu da kimsənin vecinə deyil. Çünki Nobel də siyasidir. Nobel mükafatlarının necə verildiyini onsuz da çoxunuz bilirsiniz. Sifarişlə Nobel mükafatı verilir”.

Ərdoğan bəzi Qərb dövlətlərinin PYD, PKK kimi terror qruplarına dəstək verməsindən də söz açıb və bunun terrora birbaşa dəstək olduğunu vurğulayıb.






Fikirlər