"Ölkəni manqurtlara təslim etməyəcəyik"
Türkiyədə “Milyonlarla nəfəs terrora qarşı tək səs” şüarı altında mitinq keçirilib.
“Biz bu ölkədə etnik mənsubiyyətinə görə heç kimə qarşı ayrıseçkilik etmədik və etməyəcəyik. Biz yaradılmışı Yaradandan dolayı sevərik. Mənim ölkəmdə etnik problem deyil, terror problemi var. Mübarizəmiz hər hansı bir etnik qrupa qarşı deyil, terror qruplaşmasına, ona dəstək verənlərə qarşıdır”.
Təşkilatçıların sözlərinə görə, ötən gün Yeniqapı meydanında keçirilən nümayişə 100 mindən çox insan qatılıb. Fəallar əllərində Türkiyə bayraqları ilə terrora qarşı həmrəylik şüarları səsləndiriblər.