PUTİN rüşvətxor MƏMURLARIN SİYAHISINI TUTUR

vladimir-putin-1

Rusiya prezidenti Vladimir Putin korrupsiya əməlinə görə etimadın itirilməsi səbəbindən vəzifəsindən kənarlaşdırılmış məmur, hüquq-mühafizə orqanların əməkdaşları və hərbçilərin reyestrinin yaradılması haqqında qanun imzalayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, dövlət sirri təşkil edən məlumatlar istisna olaraq reyestrə daxil edilməyəcək.

Rüşvətə görə vəzifəsindən kənarlaşdırılan prokurorluq, İstintaq komitəsi, Yanğından Mühafizə Xidməti, daxili işlər orqanları, gömrük orqanı, hərbçi, Mərkəzi Bank, dövlət korporasiyaları, Pensiya Fondunun vəzifəli şəxsləri həmin siyahıya daxil ediləcək.

Rüşvətxorların reyestri dövlət informasiya sistemində dərc ediləcək.

 






Fikirlər