General yol polisinin rəisi vəzifəsindən AZAD EDİLDİ - FƏRMAN
Rusiya Daxili İşlər Nazirliyinin yol hərəkətinin təhlükəsizliinin təmin olunması üzrə Baş idarəsinin (QAİ) rəisi, polis general-leytenantı Viktor Nilov vəzifəsindən azad edilib.
Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə prezidenti Vladimir Putin fərman imzalayıb.
Nilovun hansı vəzifəyə təyin ediləcəyi hələlik dəqiqləşməyib. Rusiya KİV-i martın əvvəlində onun istefa verəcəyi haqda yazmışdı.
Nilov 2011-ci ildə Dövlət Avtomobil Müfəttişliyinə rəhbərlik edir. Onu bu vəzifəyə indiki baş nazir Dmitri Medvedev prezident olanda təyin etmişdi.