Ramil Usubov rəisi işdən çıxardı...
Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) kadr dəyişikliyi olub.
"AzerTaym.az" report-a istinadən xəbər verir ki, Nizami rayon dövlət yol polisi (DYP) şöbəsinin rəisi, polis polkovnik-leytenantı Fail Quliyev vəzifəsindən azad edilib.
F.Quliyev Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) yüksək vəzifəyə təyinat alıb.
Qeyd edək ki, F.Quliyev daxili işlər nazirinin müavini - Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis general-leytenantı Fazil Quliyevin qardaşıdır.