Keçmiş deputat girov götürülüb

Keçmiş deputat girov götürülübƏslən Bakı şəhərindən olan, Ukrayna vətəndaşı, Luqansk vilayəti Şurasının keçmiş deputatı, iş adamı Azad Vəliyevdir.

Məlumata görə, A. Vəliyevin oğlu Elşən Vəliyev atasının iki həftəyə yaxındır ki, itkin düşdüyünü deyib. O, adını çəkmək istəmədiyi şəxslərə istinadən atasını yaraqlılar tərəfindən döyüşən kazakların girov götürdüyünü bildirib.

A. Vəliyev 2006-2010-cu illərdə Luqans vilayət Şurasına seçilən yeganə azərbaycanlı deputat olub.


Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə I katibi Asim Osmanov APA –ya açıqlamasında bildirib ki, keçmiş deputatın tapılması ilə bağlı yerli qurumlarla birgə araşdırma aparılacaq. ( apa )






Fikirlər