Türkiyədən müharibə xəbərdarlığı: «QARŞILIGI OLACAQ»

Türkiyədən müharibə xəbərdarlığı: «Qarşılığı olacaq»   

Türkiyənin baş naziri Binəli Yıldırım İraq Kürd Muxtariyyətinə xəbərdarlıq edib.

"Qaynarinfo" xəbər verir ki, baş nazir bölgədə keçirilən qeyri-qanuni referendumu cavabsız qoymayacaqlarını bildirib.

"Bu bir nəfərin ağlına düşən bir macərəyə başlamasıdır. Dünyanın xəbərdarlıqlarına qulaqlarını tıxayaraq bildiyi yolda yeriməsi, yanlışda israr etməsidir. Təbii ki, bunun qarşılığı olacaq. Amma bunun əvəzini bu qərarı verənlər ödəyəcək. Bu günahın cəzasını heç nəyə dəxli olmayan günahsız insanlara ödətməyə heç kimin haqqı yoxdur" deyə Binəli Yıldırım qeyd edib.

Binəli Yıldırım Türkiyə vətəndaşlarını narahat olmamağa çağırıb: "Referendum qərarı yanlış qərardır, bir macəradır. Lazım olan xəbərdarlıqları dost, qonşu olan ölkə olaraq etdik. Amma görürük ki, xəbərdarlıqlarımız lazım olan ünvana çatmayıb. Çünki yanlışda israr edirlər. Bütün dünyanın qarşı olduğu, qonşuların istəmədiyi yanlışda israr etməyin sonu xeyir olmaz. 80 milyon vətəndaşımızla, 780 min kvadrat km vətən torpağımızla ölkəmizin təhlükəsizliyi, millətmizin rifahı üçün heç bir macəraya icazə verməyəcəyik. Vətəndaşlarımız rahat olsun. Bu məsələ kürd qardaşlarımızın məsələsi deyid. Kürd qardaşlarımızın həm bizim ölkəmizlə, həm də qonşu ölkələrlə sülh və əminamanlıq içində yaşaması bizim ən böyük arzumuzdur".

Baş nazir "Sərhədlərdən kənarda hərbi əməliyyatların keçirilməsi mümkün variantlar arasındadırmı" sualına belə cavab verib: "Təbii ki. Hərbi, iqtisadi və siyasi variantlar var. Bunların hansının nə zaman tətbiq olunacağı zaman məsələsidir. Hər şeyi şərtlər müəyyənləşdirəcək".






Fikirlər