ERMƏNİ ƏSGƏRLƏR bir-birini qırır – Düşmən TƏŞVİŞDƏ
Ermənistan ordusunda “dedovşina” adi məişət davranışlarından tutmuş hərbi hissələrin fəaliyyətində bütün sahələri tam təsir altına alıb. Bu, artıq Ermənistan ordusunun bölmələrində heç kimi təəcübləndirmir və çoxları tərəfindən adi hal olaraq qəbul edilməyə başlayıb. Son vaxtlar demək olar ki, “dedovşina” zəminində ermənistanlı hərbçilər tərəfindən hər gün cinayətlər törədilir.
AzerTaym.az xəbər verir ki, döyüş mövqeyində növbədə olarkən hərbi qulluqçular Rubik Avakyan və Serik Gevorkyan arasında baş verən nizamnamədən kənar davranış qaydalarının pozulması davaya səbəb olub. Nəticədə, hər iki əsgər xəsarət alıb.
Başqa bir cinayət hadisəsi nəticəsində baş nahiyəsindən xəsarət alan və hər iki qolu qırılan rabitə bölüyünün hərbi qulluqçusu Mxitar Abramyan hospitala yerləşdirilib.
İşğal olunmuş Madagiz yaşayış məntəqəsində xidmət edən Civan Gevorgyan gecə saatlarında, “Yat” komandasından sonra döyüldüyü üçün valideynləri Ermənistan Müdafiə nazirliyinin istintaq idarəsinə şikayət ediblər.
Düşmən ordusunun Hadrut yaşayış məntəqəsi ərazisindəki hərbi hissəsində isə Yura Martirosyan, Qrikor Danielyan və Qarik Martirosyan əlbir olaraq başqa bir hərbçini döyərək ona ağır bədən xəsarətləri yetiriblər.