Ordumuz ermənilərin iki divizionunu məhv edib: 10 DƏQİQƏLİK ƏMƏLİYYATIN ŞOK TƏFƏRRÜATI

Ağdərədə hərbi vertalyotlarımızın atəşi nəticəsində düşmənin 120 əsgəri öldürülüb, 30 əsgəri yaralanıb, bütün artilleriya qurğuları, texnikası və sursatı sıradan çıxarılıb


Aprelin 1-i gecədən aprelin 5-nə qədər Qarabağda hərbi əməliyyatlar aparan Azərbaycan Ordusunun böyük zəfərlərindən daha biri barədə məlumat yayılıb. JAM.AZ xəbər verir ki, bu dəfə məlumatı təsdiqləyən elə erməni tərəfinin özü olub. 

Belə ki, sosial şəbəkələrdə ermənilər son döyüşlərdə verdikləri itkilərlə bağlı müzakirə aparıblar. Bəzi erməni istifadəçilər Sarkisyan hakimiyyətinin açıqladığı rəqəmlərin reallığı əks etdirmədiyini bildiriblər. Onların əksəriyyəti müharibədə minimum 400-dən çox əsgər itirdiklərini qeyd edərək, bu rəqəmin arta biləcəyini də vurğulayıblar. 

JAM.AZ xəbər verir ki, Qarabağ müharibəsində iştirak edən qohumuna istifadən məlumat verən erməni istifadəçilərindən biri isə 400 əsgərin ölməsinin də inandırıcı olmadığını yazıb. O, rəqəmin 600-ü keçdiyini iddia edib. Və bunu maraqlı şəkildə əsaslandırıb. 

O bildirib ki, Dağlıq Qarabağda qərarlaşmış Ermənistan Ordusunda qulluq edən yaxın qohumu yaralı vəziyyətdə İrəvandakı qospitala yerləşdirilib. Həmin qohumu ona deyib ki, Ağdarə istiqamətindəki hərbi hissələrdən birinin artilleriya divizionunda qulluq edirmiş. Aprelin 2-si səhər Azərbaycan Ordusunun hücumunu önləmək üçün bir-birinə bitişik iki artilleriya divizionu toplarla atəş açıblar. Lakin onların atəşləri 15 dəqiqədən artıq çəkməyib. Qısa müddətdə başlarının üzərində Azərbaycan Ordusunun 5 hərbi vertalyotunu görüblər. Cəmi 10 dəqiqə içində hər iki divizionun bütün artilleriya qurğuları, hərbi texnikası və arsenalı məhv edilib. Vertalyotlardan endirilən raket zərbələrindən sonra divizionun 120-dən çox əsgərinin öldüyü və 30-a yaxın erməni əsgərinin isə yaralandığı məlum olub. 

JAM.AZ xəbər verir ki, məlumatlarda çox maraqlı bir məqam da üzə çıxıb. Məlum olub ki, Ermənistan Ordusunun Dağlıq Qarabağdakı hərbi hissələrində əsgər və zabit çatışmamazlığı üzündən divizion və batareyaları normal şəkildə formalaşdıra bilmirlər. Rusiya hərbi sistemində bir divizionda 225 əsgər və zabit olmalıdır. NATO sistemində isə bu rəqəm bir qədər dəyişkəndir. Belə ki, belə qoşunlarda əsgər və zabit sayları 150-180 nəfər arasında dəyişir. 

Erməni sosial şəbəkə istifadəçiləri arasında olan hərbçilərdən biri deyib ki, Ermənistan ordusunda isə bir divizionu ancaq 70-75 əsgər və zabit hesabına formalaşdıra bilirlər. Çünki erməni ordusunda zabit və əsgər çatışmazlığı var. 

AzerTaym.az






Fikirlər