AZƏRBAYCAN ORDUSUNUN QİSAS ƏMƏLİYYATI - 4 erməni hərbçisi öldürüldü!

 

98568Ermənistan Müdafiə Nazirliyi çox sayda yaralı olduğunu bildirilir

Ötən gecə cəbhə xəttində qeydə alınan ağır döyüşlərdə Azərbaycan ordusu itki verib. Azərbaycan tərəfinin endirdiyi artilleriya zərbələri nəticəsində isə Ermənistan ordusunun 4 hərbçisi həlak olub.
Anspress-in məlumatına görə sentyabrın 25-də qoşunların təmas xəttində qarşı tərəfin mövqelərimizə basqın etməyə cəhd göstərməsi nəticəsində ağır və qanlı döyüş baş verib.
Ermənistan hərbi birləşmələrinin iriçaplı silahlardan, eləcə də 82 millimetrlik minaatanlardan istifadə etməsi nəticəsində Silahlı Qüvvələrimizin bir nəfər hərbi qulluqçusu əsgər Məmmədov Elşən Vaqif oğlu şəhid olub, 3 hərbi qulluqçumuz yüngül qəlpə yaraları alıb. Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri kafidir.
99Müdafiə Nazirliyinin rəhbərliyi şəhidimizin yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir. Bildiririk ki, şəhidlərimizin qanı həmişə olduğu kimi, bu dəfə də yerdə qalmayacaqdır.
Silahlı Qüvvələrimizin bölmələrinin Ermənistan bölmələrinə qarşı güc tətbiq etməklə həyata keçirdiyi adekvat tədbirlər zamanı onlara endirilən raket-artilleriya zərbələri nəticəsində qarşı tərəfin 4 hərbi qulluqçusu məhv edilib və 16 nəfərədək yaralısı var.
Onlardan 10 nəfəri ağır vəziyyətdədir.
Erməni mətbuatının məlumatına görə, ötən gün qoşunların təmas xəttində qeydə alınan qarşıdurma zamanı hərbi qulluqçular Norayr Xaçatryan (1995-ci il təvəllüdlü), Robert Mkrtçyan (1995), Arut Akopyan (1997) və Karen Şaginyan (1997) həlak olublar.
Son sutka ərzində erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini ümumilikdə 102 dəfə pozub.
Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhəboyu əməliyyat şəraitinə tam nəzarət edir, düşmənin istənilən hərəkətinin qarşısı daha üstün silahlar tətbiq edilməklə qətiyyətlə alınır.
Müdafiə Nazirliyi bir daha bildirir ki, cəbhədə vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Azərbaycan Ermənistan qoşunlarının təmas xətti xəritədə






Fikirlər