Saakaşvili: Putinlə Poroşenko MƏNƏ QARŞI birləşiblər!

Gürcüstanın keçmiş prezidenti, Ukraynadakı “Yeni qüvvələr hərəkatı”nın lideri Mixail Saakaşvili prezident Pyotr Poroşenkonun Rusiya prezidenti Vladimir Putinlə ona qarşı razılığa gəldiyini bildirib.

Virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, Odessa vilayətinin eks-qubernatorunun sözlərinə görə, Putinlə Poroşenko telefon danışığı vaxtı əsirlərin mübadiləsi ilə yanaşı, iş adamı Sergey Tsurenkoya Saakaşviliyə qarşı ifadə verilməsi əmrinin ötürülməsini də müzakirə ediblər.

Xatırladaq ki, Ukraynanın baş prokuroru Yuri Lutsenko Saakaşvilinin rəhbərlik etdiyi etiraz aksiyalarının Kurçenko tərəfindən maliyyələşdirildiyini demişdi.

Saakaşvili əlavə edib ki, bu anlaşmada məqsəd onun Ukrayna vətəndaşlığından məhrum edilməsi və ekstradisiya olunmasıdır.






Fikirlər