Şimali və Cənubi Koreya arasında GÖRÜŞÜN VAXTI məlum olub
Yanvarın 9-da sərhədyanı Pxanmuncom şəhərində Şimali və Cənubi Koreya rəsmilərinin görüşü baş tutacaq. APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Cənubi Koreyanın birləşmə nazirliyi məlumat verib. Gözlənildiyinə görə, 2012-ci ilin dekabr ayından etibarən iki Koreya arasında ilk danışıqların əsas mövzusu Şimali Koreya idmançılarının Pxençxanda keçiriləcək Qış Olimpiya Oyunlarında mümkün iştirakı olacaq.