“ODLA OYNAMAYIN” – Lavrovdan ABŞ-a SURİYA XƏBƏRDARLIĞI
Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-ı Suriyada “odla oynamamağa” çağırıb. Avropa.info xəbər verir ki, o, bu barədə “Valday” beynəlxalq diskussiya klubunda çıxışında danışıb. “Mən bir daha amerikalı həmkarlarımızı odla oynamamağa və Suriya xalqının və kürdlər olmaqla regionun bütün xalqlarının uzunmüddətli maraqlarını nəzərə almaqla bugünkü siyasi konyunkturanın təxirəsalınmaz tələblərindən irəli gələrək addımlarını ölçməyə çağırıram. Fərat çayından şərqdə yerləşən geniş ərazilərdə və Suriyanın İraq, Türkiyə ilə sərhədlərində ABŞ-ın reallaşdırmağa başladığı planlarla tanış olanda bu qorxu yaranır” – Lavrov belə deyib. Lavrov Vaşinqtonun Suriya ərazisində apardığı fəaliyyətlə verdiyi bütün vədləri pozduğunu, ABŞ qoşunlarının Suriya dövləti ərazisində qalmağı planlaşdırdığını bildirib.