Onun 100 qramı ilə dünyanı satın almaq olar

Onun 100 qramı ilə dünyanı satın almaq olarQramı 62 trilyon dollar olan maddədən 100 qram tapa bilən şəxs bütün dünyanı satın ala bilər.

Dünyanın ən qiymətli maddələrinin siyahısını Axar.az oxucularına təqdim edirik.

1 - Zəfəran 1 qramı 11.13 dollar olan zəfəran çiçəyi müxtəlif ağrılar və depressiv hallar üçün müalicələrdə istifadə olunur.

2 - Qızıl 1 qramı 56.73 dollar hesablanan qızıl bütün dünyada geniş şəkildə yayılan ən qiymətli metallardan biri hesab olunur.

3 - Platin 1 qramı 58 dollar olan platin elmi təcrübələr zamanı katalizator rolunu oynayır. Bundan əlavə xərçəng xəstəliyinin müalicəsində istifadə edilən dərmanlarda da bu maddəyə rast gəlinir.

4 - Metamfetamin Qramı 100 dollar olan bu maddə əsasən dərmanların tərkibinə qatılır. Yüksək dozalı narkotik təsirə malik olan Metamfetamin asılılıq yaradan xüsusiyyətə malikdir.

5 - Kərgədan buynuzu 1 qramı 110 dollardan dəyərləndirilən kərgədan buynuzu tibb sahəsində yanıq və bədən ağrıları üçün istifadə olunur.

6- Heroin Hazırda 1 qramı 131 dollar olan və dünyanın ən təhlükəli maddələrindən sayılan heroin insan şüurunu dəyişmək gücünə malikdir. “Ağ ölüm” adlandırılan bu maddə insanda çox qısa bir zamanda asılılıq yaradır.

7 - Kokain 1 qramı 215 dollar olan bu maddə ən təhlükəli narkotik maddələr arasında yer alıb.

8 - LSD 1 qramı 3000 dollar olaraq dəyərləndirilən LSD adı verilən narkotik vasitə güclü şəkildə hallüsinasiya yaratmağa qabildir.

9 - Plutonium Bu maddənin 1 qramı 4000 dollardır. Hərbi məqsədlər və nüvə reaktorları üçün istifadə olan plutonium yüksək dərəcədə zəhərli və xərçəng əmələ gətirən gücə sahibdir.

10 - Painite 1 qramı 9000 dollar olan nadir mineral, tərkibində olan dəmir nisbətinə görə bir sıra xəstəliklərin müalcəsində istifadə edilən kristaldır.

11 - Taaffeite 1 qramı 2500 - 20.000 dollar arasında dəyişən yasəmən rəngli bu ləl-cəvahirat almazdan daha az tapılan və kifayət qədər bahalı maddədir.
12 - Tritium 1 qramı 30.000 dollar civarında olan tritium maddəsindən teatr, məktəb və ofis binalarının çıxışında yazılan EXİT sözündə istifadə olunur.

13 - Brilyant 1 qramı 55.000 dollar dəyərləndirilən və ən sərt maddələrdən biri sayılan qiymətli daşın tərkibi saf karbondan ibarətdir.

14 - Kalifornium 252 1 qramı 27 milyon dollar olan bu maddə 1950-ci ildə kəşf edilib.

15 - Antimatter 1 qramı nə az, nə çox - 62 trilyon dollar olan və dünyanın ən bahalı maddəsi sayılan antimatterin kosmos yanacağı olma ehtimalı var. 1 qramı fantastik məbləğdə dəyərləndirilən maddənin 100 qramı qarşılığında bütün dünyanı satın almaq mümkündür.


Onun 100 qramı ilə dünyanı satın almaq olar
Onun 100 qramı ilə dünyanı satın almaq olar
Onun 100 qramı ilə dünyanı satın almaq olar
Onun 100 qramı ilə dünyanı satın almaq olar






Fikirlər