RESPUBLİKAÇILAR PAŞİNYANIN hökumətindən İMTİNA etdilər

Respublikaçılar Paşinyanın hökumətindən imtina etdilər

Ermənistanın Respublika Partyası Nikola Paşinyanın hökumətinin işini sabotaj etməyə hazırlaşmır.

Bunu parlamentin vitse-spikeri, partiyanın mətbuat katibi Eduard Şarmazanov yerli "Joxovurd" qəzetinə bildirib.

"Biz populist addımlara getməyə və Nikol Paşinyanın başçılıq edəcəyi yeni hökumətin işini sabotaj etməyə hazırlaşmırıq. Respublika Partiyası müxalifətə keçib və yeni hökumətdə hansısa postları götürməyə hazırlaşmır. Əgər partiyamızın üzvləri yeni Nazirlər Kabinetində qalmaq istəyərsə, partiya özünün sərt mövqeyini səsləndirəcək", - Şarmazanov əlavə edib.

Xatırladaq ki, mayın 8-də Ermənistan parlamenti Nikol Paşinyanı yeni baş nazir seçib. Müxalifət lideri deputatların 59-nun səsini toplaya bilib. Bundan sonra hakim Respublika Partiyası bildirib ki, müxalifətə gedir və hökumətdə bütün postlardan imtina edir.

publika.az






Fikirlər