Yerevanda yenidən ETİRAZLAR BAŞLADI...

Yerevanda yenidən etirazlar başladı

Yerevanın mərkəzindəki "Respublika" meydanında etiraz hərəkatının lideri Nikol Paşinyanın rəhbərliyi ilə çoxminlik mitinq keçirilir.

RİA Novosti-nin məlumatına görə, nümayişçilər əllərində müxtəlif, eləcə də "Rusiya-Ermənistan dostluğu əbədidir" yazılmış plakatlar tutublar.

Mitinqin keçirildiyi meydanda çoxlu sayda polis var, onlar vəziyyətə nəzarət edirlər.

Bu arada məlum olub ki, müxalifət lideri Nikol Paşinyan Ermənistanda baş nazir postuna yeganə namizəddir.

Bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.

“Parlamentinin “Yolk” fraksiyası konstitusiyanın tələblərinə uyğun olaraq, baş nazir postuna Nikol Paşinyanın namizədliyini irəli sürüb. Başqa namizədlər yoxdur”, - deyə bəyanatda qeyd olunub.

Xatırladaq ki, Paşinyan baş nazir seçilməsi üçün 105 deputatdan azı 53-ünün etimadını qazanmalıdır. Bunun üçün onun namizədliyini Ermənistanın hakim partiyası sayılan “Respublika” partiyasının deputatları da dəstəkləməlidir.

*   *   *18:34

Ermənistan müxalifətinin lideri Nikol Paşinyan parlament fraksiyalarının nümayəndələri ilə görüşdən sonra mitinqə gedib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, o, Qaregin Nijde meydanında yenidən yürüşə başlayıb. Yürüş işitirakçıları Yerevan küçələrindən keçəcək və mitinq keçiriləcək Respublika meydanına gələcəklər.

Xatırladaq ki, mayın 1-də Ermənistan parlamentinin xüsusi iclasında baş nazirin seçilməsi məsələsi müzakirə olunacaq. Hazırda N.Paşinyan yeganə namizəddir.






Fikirlər