NİKOL PAŞİNYAN rəsmən Ermənistanın baş naziri vəzifəsinə namizəd İRƏLİ SÜRÜLDÜ

Ermənistandakı etiraz aksiyalarının lideri Nikol Paşinyan "Yolk" ("Çıxış") parlament fraksiyası tərəfindən rəsmən ölkənin baş naziri vəzifəsinə namizəd kimi irəli sürülüb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə fraksiya üzvü Ararat Mirzoyan bildirib.

Onun sözlərinə görə, fraksiya bu gün parlamentin digər üç fraksiyası, o cümlədən hakim Ermənistan Respublikaçılar Partiyası (ERP) ilə görüşəcək.

Deputat vurğulayıb ki, ölkənin taleyinə biganə qalmayanların hamısı N.Paşinyana səs verəcək.

Qeyd edək ki, "Çiçəklənən Ermənistan" Partiyasının rəhbəri Qaqik Tsarukyan artıq bu namizədi dəstəkləyib.






Fikirlər