SƏRKİSYANIN FIRILDAĞI KEÇMƏDİ: SAY DURMADAN ARTIR

Gündüz saatlarında Paşinyanın və digər fəalların həbsi əks effekt verdi.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli müxalif liderlər Nikol Paşinyan, Ararat Mirzoyan və Sasun Mikayılyan həbs olunmasına münasibət bildirərkən qeyd edib.

O bildirib ki, həbsdən sonra meydana çıxanların sayı daha da artdı:

Rayonlarda da mitinq və yürüşlər keçirilir. Hətta əyalətdən paytaxta axışanlar da var. İrəvan erməniləri uzun illərdir hakimiyyəti əlində saxlayan gəlmə Qarabağ klanını heç vaxt sevməyiblər, 2001-ci ildə Ermənistana səfər zamanı buna şahid olmuşdum”.

Politoloq vurğulayıb ki, Serj Sərkisyan 2015-ci ildə Konstitusiyanı dəyişəndə prezidentlikdən getdikdən sonra baş nazir vəzifəsinə iddia etməyəcəyi sözünü vermişdi:

Onun siyasi fırıldaq işlədərək hakimiyyətdə qalması görünür, insanları qəzəbləndirib. Açığı, ilk günlər etirazların hər hansı siyasi nəticə verməyəcəyini düşünürdüm və Paşinyanın personasını ciddiyə almırdım. Hadisələr hakimiyyət dəyişikliyi ilə nəticələnməyə bilər, amma əhalinin bu miqyasda ayağa qalxmasının özü artıq nəticədir və bunun Ermənistandakı siyasi proseslərə təsiri olacaq”.

Qeyd edək ki, ötən gün günorta saatlarında müxalif liderlər Nikol Paşinyan, Ararat Mirzoyan və Sasun Mikayılyan həbs edilib.






Fikirlər