PAŞİNYANDAN SARKİSYANI DƏLİ EDƏN 4 ŞƏRT
Ermənistanda baş nazir Serj Sarkisyana qarşı davam edən aksiyaların lideri Nikol Paşinyan hakimiyyət qarşısında 4 şərt irəli sürüb. Paşinyan Sarkisyanın istefasını müzakirə etməyə hazır olduqlarını bildirib və şərtlərini açıqlayıb. 1. Serj Sarkisyan baş nazir vəzifəsindən istefa verir. 2. Xalqın namizədi baş nazir seçilir. 3. Müvəqqəti hökumət yaradılır. 4. Növbədənkənar parlament seçkiləri keçirilir. Sarkisyanın bu şərtlərlə razılaşmayacağı və aksiyanı dağıtmaq üçün müdaxilə edəcəyi gözlənilir.