Makron etirazçıları RAZI SALMAQ üçün 10 milyard AVRODAN KEÇİB
Xəbər verdiyimiz kimi, Fransa prezidenti Emmanuel Makron 17 noyabrdan etibarən davam edən “Sarı jiletlilər” aksiyasını sonlandırmaq və etirazçıları razı salmaq məqsədilə sosial islahatlar edəcəyi, 2 min avroyadək gəliri olanların vergidən azad olunacağı və minimum əmək haqqına 100 avro əlavə ediləcəyi barədə söz verib. “Habertürk” xəbər verir ki, Fransa maliyyə naziri Olivye Dussopt bu qərarların 8-10 milyard avroya başa gələcəyini bildirib. O, bu qərarların icrasını maliyyələşdirmək üçün çalışmağa başladıqlarını deyib. Bu arada, Makronun məsələ ilə bağlı yaxın günlərdə bankların və böyük şirkətlərin təmsilçiləri ilə görüşəcəyi də gözlənilir.