«FARS KORFƏZİNDƏ İSRAİLƏ YER YOXDUR!» – İraq İranı dəstəklədi
İraq Amerika Birləşmiş Ştatlarının (ABŞ) Fars korfəzində ticarət gəmiçiliyinin müdafiəsi məqsədilə yaradacağı istənilən hərbi-dəniz koalisiyasında İsrailin iştirakının qəti şəkildə əleyhinədir. Bu barədə avqustun 13-də İraq ərəb dövlətinin xarici işlər naziri Mühəmməd Əli əl-Həkim bəyan edib («Əl-Cəzirə» telekanalı). «İraq istənilən sionist qurumun (İsrailin -Red.) Fars körfəzində gəmilərin keçməsini təmin emək üçün yaradılacaq hərbi güclərin tərkibində iştirakını rədd edir. Əvəzində Fars körfəzi ölkələri özləri birlikdə gəmilərin təhlükəsiz hərəkətini təmin edə bilərlər» – deyə, İraq xarici işlər nazirinin bəyanatında bildirilir. İraqlı nazirin sözlərinə görə, Bağdad bunun üzərində işləyəcək və bölgədə gərginliyi aşağı salmaq üçün sakit danışıqlardan istifadə edəcək. Amma bu prosesdə «qərb qüvvələrinin iştirakı gərginiyi daha da artırar». Xəbər verildiyi kimi, İran Birləşmiş Ştatlar tərəfindən Fars körfəzi bölgəsində yaradılacaq hərbi koalisiyada İsrailin iştirakını özünün milli təhlükəsizliyinə birbaşa təhdid hesab edir. İslam Respublikası sözügedən bölgədə İsrailin iştirakına qarşı olacaq və bu zaman özünümüdafiə hüququndan istifadə edəcək. Bu xəbərdarlıqla avqustun 9-da İran XİN-nin rəsmi nümayəndəsi Abbas Müsəvi çıxış edib. «İsrailin Fars körfəzində elan edilən hərbi koalisiyada mümkün iştirakı barədə bəyanat İranın milli təhlükəsizliynə haray çəkən təhdiddir» – deyə, İİR XİN-də qeyd ediblər. Bununla əlaqədar olaraq, İran tərəf təhlükəyə qarşı özünümüdafiə hüququnu özündə saxlayır, Vaşinqtonu və Təl-Əvivi bu niyyətdən çəkinməyə çağırır və xəbərdarlıq edir ki, bu addımın doğuracağı fəlakətli nəticələrə görə, bütün məsuliyyət onların üzərində qalır. Bundan əvvəl İsrailin xarici işlər naziri İsrael Kats bəyan edib ki, onun ölkəsi «Fars körfəzində ticarət yollarının qorunması üçün» ABŞ-ın başçılıq etdiyi koalisiyaya qoşulur. Bunun ardınca İran İsam Respublikası İnqilab Keşikçilərinin briqada generalı Hüseyn Salami xəbərdarlıq edib ki, bölgədə isiənilən yeni müharibə İsrail üçün ciddi təhlükə olacaq. AzPolitika.info