«Petriot» və «F-35» tədarükünün yeni şərtləri – ABŞ Türkiyəyə təklif edəcək

Amerika Birləşmiş Ştatları (ABŞ) «Petriot» raket əleyhinə müdafiə sistemlərinin (RƏM), eləcə də beşinci nəsil “F-35″ qırıcılarının tədarükü istiqamətində Türkiyəyə yeni və daha sərfəli təklif irəli sürə bilər.

Sövdələşmə ABŞ və Türkiyə arasında azad ticarət sazişinin imzalanması çərçivəsində baş tuta bilər. Saziş ikitərəfli əmtəə dövriyyəsinin 100 milyard dollara çatdırılmasını nəzərdə tutur. Bu barədə sentyabrın 24-də öz mənbələrinə istinadla «Habertürk» telekanalı xəbər verib.

Kanalın məlumatına görə, Vaşinqton və Ankara həm də alüminium və polad məhsullarına yönəlik idxal rüsumunun aşağı salınması barədə razılığa gəliblər.

Bundan əvvəl, Türkiyə Cümhuriyyətinin (TC) prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib ki, əgər Vaşinqton sərfəli təkliflər irəli sürərsə, ölkəsi ABŞ-dan «Petriot»ların alınması məsələsinə baxa bilər. Əks halda Ankara Rusiyadan əlavə S-400 zenit-raket kompleksləri (ZRK) almağa hazırdır.

Bundan əvvəl xəbər verilmişdi ki, Birləşmiş Ştatlar rəsmi olaraq Türkiyənin «Petriot» almaq barədə təklifini rədd edib. Bu barədə avqustun 22-də «CNN» telekanalı xəbər vermişdi.

«Biz, dövrü olaraq bəyan etmişik ki, Türkiyənin Rusiyadan S-400 sistemləri alacağı təqdirdə, bizim «Petriot» təklifimiz öz qüvvəsini itirir. Təklifimizin fəaliyyət müddəti artıq başa çatıb» – deyə, kanalın ABŞ Dövlət Departamentindəki həmsöhbəti bildirib.

Xatırladaq ki, Türkiyə Müdafiə Nazirliyi (MN) iyulun 25-də “S-400″ ZRK-nin komponentlərinin ölkəyə tədarükünün birinci mərhələsinin başa çatdığını xəbər vermişdi. Kontraktın birinci mərhələsinin icrası çərçivəsində Ankaranın yaxınlığında yerləşən «Mürtəd» aviabazasına Rusiyadan 30 təyyarə eniş edib. “S-400″ sistemlərinin ilk tədarükünə iyulun 12-də başlanıb. İkinci mərhələ avşustun 27-də start götürüb və sentyabrın 14-də başa çatıb.

AzPolitika.info






Fikirlər