Bəşər Əsəd: “Ərdoğan “Müsəlman Qardaşları” təşkilatına daxildir”
“Ərdoğan ideoloji prinsiplərinə görə, “Müsəlman Qardaşları” təşkilatına daxildir. O inanır ki, Suriyada, Misirdə və İrqada vəziyyətin dəyişməsi yeni sultanlığın yaranmasına gətirib çıxaracaq”. Strateq.az bildirir ki, bu sözləri Rusiya jurnalistlərinə müsahibəsində Suriya prezidenti Bəşər Əsəd bildirib. Suriya prezidenti qeyd edib ki, Ərdoğanın dünyagörüşünə görə yeni yaranacaq sultanlıq Osmanlı deyil, “Müsəlman Qardaşları” təşkilatına məxsus olacaq. “Ərdoğan inanır ki, bu sultanlıq onun hakimiyyətini Atıantik okeanından Aralıq dənizinə qədər yayacaq”,- deyə Əsəd vurğulayıb. Onun sözlərinə görə, İŞİD 2006-cı ildə ABŞ-ın himayəsi ilə yaradılıb. Amerika heç vaxt bu terrorçu qrupa qarşı mübarizə aparmayıb: “Bütün bu faktorlar həyəcanların yaranması üçün şərait yaratdı. Bu baş verənlər isə Qərbin dəstəyi, Körfəz ölkələrinin pulu və Türkiyənin logistik dəstəyi ilə meydana çıxıb”.