Avropa Lukaşenkoya qoyduğu sanksiyaları götürür

Avropa İttifaqı Belarus prezidenti Aleksandr Lukaşenkoya qarşı tətbiq etdiyi sanksiyaları dayandırmağa hazırlaşır.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə “Reuters” bu gün məlumat yayıb.

“Avropa İttifaqı Belarusa qarşı tətbiq edilən sanksiyaların bəzilərini çox güman ki, ləğv edəcək. Bura o cümlədən prezident Aleksandr Lukaşenkonun Qərb ölkələrinə səfərlərinə qoyulan qadağanın götürülməsi daxildir. Lukaşenko ötən ay siyasi məhbusların bir qrupunu həbsdən buraxıb” - deyə diplomatik mənbələrdən bildirilib.

"İnsan hüquqlarının pozulması ilə bağlı 200 şəxsə münasibətdə tətbiq olunmuş viza qadağası və xaricdəki aktivlərinin dondurulması ilə bağlı qərarın ləğvi də nəzərdə tutulur. Bu məsələ Lukaşenkoya, eləcə də prezidentə yaxınlığı ilə tanınan hakim və siyasətçilərə də şamil oluna bilər” - "Reuters"ə danışan mənbə əlavə edib. 

 






Fikirlər