Sponsorlar Klintonu yox, Baydeni seçdi – Demokratlar cəbhəsində sürpiz
ABŞ-ın Demokratlar Partiyasının sponsorlar qrupu vitse-prezident Co Baydenin 2016-cı il prezident seçkilərində namizəd olmasını istəyir. AzPolitika.info-nun “Reuters”ə istinadən verdiyi məlumata görə, partiyanın maliyyələşməsində önəmli rol oynayan sponsorlar rəsmi şəkildə Baydenə dəstək ifadə ediblər. Onların fikrincə, ABŞ-da işsizlik faizinin aşağı düşməsində, yeni iş yerlərinin açılmasında, İraq və Əfqanıstanda “müharibənin bitməsində” Baydenin müstəsna xidmətləri var. Co Bayden isə bundan əvvəl namizədliklə bağlı verilən sualdan yayınmış, heç bir şərh verməmişdi. Popolyar “The Late Show” proqramının aparıcısı Stiven Kolber Baydenə demişdi ki, “əgər prezident postuna namizədliyini irəli sürsə hamı şad olar”. Bayden isə Kolberə özünün namizəd olmasını təklif edərək, “məmnuniyyətlə onun vitse-prezidenti olacağını” bildirmişdi. AzPolitika