Vaksin tapılmasa, “Oscar” yenə keçirilməyəcək

Vaksin tapılmasa, “Oscar” yenə keçirilməyəcək

Gələn ilin fevral ayında keçirilməsi planlaşdırılan nüfuzlu “Oscar” mükafat mərasiminin təxirə salınması gündəmə gəlib.

“Qafqazinfo” xəbər verir ki, Kinematoqrafiya Sənəti və Elmi Akademiyası 93-cü dəfə təşkil olunacaq gecənin keçirilib-keçirilməyəcəyini müzakirəyə çıxarıb. 

“Variety” jurnalının məlumatına əsasən, 28 fevrala planlaşdırılan “Oscar” qeyri-müəyyən vaxtadək uzadılacaq. Buna səbəb koronavirusdan xilas üçün vaksinin tapılmaması və dünyanın sözügedən pandemiyadan tam azad olmamasıdır. 

Xatırladaq ki, aprel ayında “Oscar”ın qaydalarında dəyişiklik edilib. Belə ki, təqdimatı olan fimlər VOD və dijital platformalarda tamaşaçılara göstərilib. Lakin mükafat qanunlarına əsasən, bir film Los-Ancelesdə ən azı 7 günlük kinoteatrda təqdim olunmalıdır.






Fikirlər