Avropa çempionatı ikinci dəfə təxirə salındı
Ağır atletika üzrə Avropa çempionatı ikinci dəfə təxirə salınıb. "AzerTaym.az" qafqazinfo-ya istinadən xəbər verir ki, iyunun 13-21-də Moskvada keçirilməsi nəzərdə tutulan qitə birinciliyi koronavirus pandemiyasına görə qeyri-müəyyən vaxta keçirilib. Qeyd edək ki, əvvəlcədən aprelin 4-12-nə planlaşdırılan Avropa çempionatı iyunun 13-21-dək təxirə salınmışdı.