Müğənni Rusiyadakı konsertini təxirə saldı — FACİƏYƏ GÖRƏ
Müğənni Könül Kərimova Rusiyadakı konsertini təxirə salıb. Sənətçi bu barədə sosial şəbəkədə məlumat yayıb. Müğənni bu gün Moskvada keçiriləcək konsertini faciə ilə bağlı təxirə saldığını bildirib: “Vətənimizdə baş vermiş bu facə hər kəsi çox sarsdı. Allah dünyasını dəyişmiş qardaşlarımıza rəhmət eləsin, xəstələrə şəfa versin. Bu gün Moskvada konsertimizin baş tutmasına saatlar qalmışdı. Ancaq konserti dəhşətli hadisəyə görə təxirə saldıq. Acı hər birimizin acısıdır. Vətəndə matəm elan olunub. Mən ən düzgün qərarı verdiyimi düşünürəm. Başın sağ olsun, vətən!”. (qafqazinfo)