Son bir gündə Moskvada COVID-19-dan 55 nəfər ÖLDÜ...
Son bir gündə Rusiyanın paytaxtı Moskvada COVID-19-dan 55 nəfər ölüb. “Report” xəbər verir ki, bu barədə Koronavirusla bağlı vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargah bildirib. Qeyd edilir ki, bununla da paytaxtda koronavirus qurbanlarının sayı 3 386 nəfərə çatıb. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 8 milyonu ötüb. Bunların 4,1 milyon nəfərdən çoxu sağalıb, 436 mindən çoxu isə ölüb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.