Koronavirusdan ölənlərin sayı 40 672 nəfərə ÇATDI...
Dünyada koronavirus pandemiyasının qurbanlarının sayı hər gün artır. "AzerTaym.az" modern.az-a istinadən xəbər verir ki, indiyədək 40 672 nəfər koronavirusdan ölüb. Məlumata görə, dünyada ən çox ölüm hadisəsi İtaliya (12 428), İspaniya (8 269), ABŞ (3 424), Çin (3 305), Fransa (3 024), İran (2 898), Böyük Britaniya (1 801) və Niderlandda (1 039) qeydə alınıb. Qeyd edək ki, infeksiya indiyədək 201 ölkə və regionda qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.