Fransada koronavirusdan bir sutkada 240 nəfər ÖLDÜ...

Image result for Fransada koronavirus

Fransada son sutkada koronavirusdan 240 nəfər dünyasını dəyişib.
"AzerTaym.az" bildirir ki,modern.az-ın  xarici mediaya istinadən xəbərinə görə, bu barədə Fransanın Səhiyyə üzrə baş direktoru Jerom Salomon açıqlama verib.

 Jerom Salomon qeyd edib ki, Fransada bu günədək COVID-19 virusundan ölənlərin sayı 1 100 nəfərə çatıb:

Son 24 saatda ölkədə yeni yoluxma faktı qeydə alınıb ki, bununla da Fransada koronavirusa yoluxanların sayı 22 300-ə çatıb. 10 176 nəfər hazırda xəstəxanalarda müalicə alır. Onların 2 516 nəfəri ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib.
Xəstələrin üçdə birinin yaşı 60-dan aşağı, 58 faizi 60-80 yaş arasındadır. Bu günədən bu yeni virusun qurbanı olan insanların 85 faizinin yaşı 70-dən yuxarıdır”.
J.Salomon əlavə edib ki, ölkə ərazisində indiyədək 3 281 nəfər sağalaraq evə buraxılıb.






Fikirlər