Moskvada Covid-19 qurbanlarının sayı 68 nəfər də ARTDI

Moskvada Covid-19 qurbanlarının sayı 68 nəfər də artdı

Moskvada son sutka ərzində daha 68 nəfər koronavirusdan dünyasını dəyişib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında Covid-19 qurbanlarının sayı 1794 nəfərə çatıb. 2699 nəfərdə isə yeni yoluxma faktı aşkarlanıb.

Moskvada ümumilikdə 152 min 276 nəfər koronavirus xəstəsidir. 5440 nəfər sağalaraq evə buraxılıb.






Fikirlər