Türkiyə bir gün içində sağalan ən yüksək xəstə sayına çatdı
Türkiyədə son sutka ərzində koronavirusdan 95 nəfər dünyasını dəyişib. “AzerTaym.az" qafqazinfo-ya istinadən xəbər verir ki, bununla da Covid-19 qurbanlarının sayı 2900-a yüksəlib. Son bir gün ərzində 2131 nəfərdə isə yeni yoluxma faktı aşkarlanıb. Ümumi yoluxanların sayı 112 min 261-dir. Koronavirusdan sağalan xəstə sayı 4651 olub ki, bununla da sağalma faktı yoluxma halını yenidən üstələyib. Üstəlik, bu rəqəm indiyədək bir gün içində sağalan ən yüksək xəstə sayının göstəricisidir.