Türkiyədə COVİD-19-a yoluxma sayı 100 ÖTDÜ...

Türkiyədə son sutka ərzində daha 115 nəfər koronavirusdan ölüb.

Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

 Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 2 491 nəfərə çatıb:

"Bu gün ölkədə 3 116 yeni yoluxma aşkarlanıb. Bununla da yoluxanların ümumi sayı  101 790 nəfərə çatıb. Müalicə olunan 2 014 xəstə bu gün evə buraxılıb".

F.Qoca qeyd edib ki, indiyədək müalicə olunaraq sağalanların ümumi sayı 18 491  nəfər təşkil edib.






Fikirlər