Bir gündə daha 756 italiyalı koronavirusdan ÖLDÜ...

İtaliyada koronavirusdan ölənlərin sayı 10 min nəfəri ötdü - Report.az

Son bir sutkada İtaliyada daha 756 nəfər koronavirusdan ölüb.

 Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İtaliyanın Mülki Müdafiə Departamentinin rəhbəri Andjello Borrelli bildirib.

Andjello Borrelli vurğulayıb ki, hazırda ölkədə koronavirusdan ölənlərin sayı 10 779 nəfərdir. Bundan başqa müalicə olunaraq sağalanların sayı isə 646 nəfər artaraq 13 030 nəfərə çatıb.

Pandemiyanın başlanmasından bəri virusa yoluxanların (ölənlər və müalicə alanlar da daxil olmaqla) ümumi sayı 97 689 nəfərdir.






Fikirlər