Obama üzr istədi

 

“Obama üzr istədi

 

ABŞ prezidenti Barak Obama Əfqanıstanın Qunduz şəhərində "Sərhədsiz Həkimlər" qrupunun çalışdığı xəstəxanaya hücum səbəbiylə üzr istəyib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Obama qrupun beynəlxalq başçısı Joanne Liu ilə görüşüb.

Ağ evin mətbuat katibi Josh Earnest ABŞ prezidentinin həyatını itirən səhiyyə işçilərinə başsağlığı verdiyini, onlardan üzr istədiyini qeyd edib.  

Earnest bildirib ki, Obama Liuya yaşanan hadisə ilə əlaqədar araşdırmanın davam edəcəyini söyləyib.

Mətbuat katibi Obamanın Əfqanıstan dövlət başçısı Eşref Gani ilə görüşdüyünü açıqlayıb.

Qeyd edək ki, ABŞ təyyarələri Əfqanıstanda "Sərhədsiz Həkimlər" qrupunun çalışdığı xəstəxananı bombalamışdı.

Hücum nəticəsində 22 nəfər dünyasını dəyişmişdi.






Fikirlər