Qonşu ölkələrdə koronavirusla bağlı SON VƏZİYYƏT

Qonşu ölkələrdə koronavirusla bağlı son vəziyyət

Gürcüstanda son 24 saat ərzində daha 3 216 nəfərdə “COVID-19” aşkarlanması ilə ölkədə koronavirusa yoluxma halı 135 min 584-ə çatıb.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, ölkədə sutka ərzində daha 37 nəfərin xəstəlikdən vəfat etməsi ilə ölüm hallarının sayı 1267-ə çatıb. Ümumilikdə sağalanların sayı isə 113 min 986 nəfərdir.

Rusiyada  isə son bir gündə 26 min 338 yeni yoluxma faktı qeydə alınıb.

Rusiyanın koronavirusla mübarizə üzrə əməliyyat qərərgahının məlumatında qeyd edilir ki, 24 saat ərzində 368 pasiyent ölüb, 17 min 247 nəfər isə sağalaraq xəstəxanadan çıxıb. Ölkə üzrə ümumilikdə 2 milyon 295 min 654 nəfər insan koronavirusa yoluxub.

Ermənistanda son sutka ərzində daha 356 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 135 min 124 nəfərə çatıb. Daha 22 nəfərin vəfatı ilə koronavirusdan ölənlərin sayı 2164-ə çatıb.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə, martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 yanvar 2021-ci ilə qədər uzadılıb.






Fikirlər