Ekspertizanın nəticələri açıqlandı: Parçalanmış cəsədlərdən ikisi..

Ekspertizanın nəticələri açıqlandı: Parçalanmış cəsədlərdən ikisi...

 

 

Türkiyənin paytaxtı Ankaradakı barış mitinqini qana bulayan terrorla bağlı istintaq davam edir.
 
Musavat.com-un məlumatına görə, diqqətlər məhkəmə tibbi ekspertizanın nəticələrinə yönəlib. Bədənləri parçalanmış üç cəsəddən ikisinin kamikadzelərə aid olduğu müəyyən edilib. Verilən məlumatlara görə, şahidlərin ifadələri və təhlükəsizlik kameralarının araşdırılması şübhələri bu cəsədlərə yönəldib. Şahidlərdən biri kamikadzenin qara əba geyinmiş, kürəyində çanta olan kişi olduğunu bildirib. Digər şahid isə kamikadzelərdən birinin qadın olduğunu iddia edib. 
CHP lideri Kamal Kılıçdaroğlu isə bildirib ki, baş nazir Əhməd Davudoğlu ilə görüş zamanı baş nazir kamikadzelərin ikisinin də kişi olduğunu deyib. 
Təhlükəsizlik kameralarında isə dəmiryol stansiyasına tərəf gələn bir nəfər diqqət çəkib. Bu şəxsin kamikadzelərdən biri olduğu bildirilir. Polisə ifadə verən azyaşlı bir uşaq isə stansiyada dörd nəfər şübhəli gördüyünü bildirib. 
Məhkəmə tibbi ekspertizasından isə bildirilib ki, cəsədlər tanınmaz haldadır və kimə aid olduğu ancaq DNH testindən sonra bilinəcək.






Fikirlər