German Kulikovski: “Ermənistan Qərbə yönələcək, Rusiya QARABAĞdan ÇIXARILACAQ”
Bu fikirləri tanınmış blogger, “Starşe Eddı” teleqram kanalının müəllifi German Kulikovski səsləndirib. O, qonşu ölkədə baş verənləri aşağıdakı kimi şərh edib: “İkincsisi, Ermənistan Qərbə yönələcək. Paşinyan bunu heç vaxt gizlətməyib, 4-5 il sonra Rusiya hərbi qüvvələri Qarabağdan çıxarılacaq və Ermənistan Gürcüstanın taleyini təkrarlayacaq. Düzdür, vəziyyət dəyişə də bilər, lakin ermənilər özləri bu yolu seçiblər və bunun üçün heç bir müqəssir axtarmaq lazım deyil. Üçüncüsü, Zəngəzur dəhlizi çox yəqin ki, Ermənistan ərazisindən kənarda qurulacaq, Ermənistanın yeni sərhədini isə Bakının GPS-i təyin edəcək. Bunu ermənilər istəyir. Mən Ermənistan patriotlarına görə təəssüf edirəm, lakin indi əlini yelləmək gecdir. Paşinyanın əsas elektoratının seçkilərə qatılacağını bilirdim, onlar səs verənlərin 25 faizini təşkil ediblər. Bundan sonra Cənubi Qafqqazda nələr olacaq? Birinci onu deyək ki, indi orada əsl hegemon Azəraycandır. Gürcüstan və Ermənistan isə indən belə onun axını ilə üzməli olacaqlar. Əsas ölkə olan Türkiyə regionu öz təsirinə aldı və yenidən istədiyi kimi format edir. Bu halda Rusiya nə edəcək? Düzünü deyim ki, mən buna cavab verə bilmərəm. Yəqin ki, Moskva da belə nəticələr gözləmirdi. Ona görə Moskvanın verəcəyi qərarları görmək üçün müəyyən zaman keçməlidir”,- deyə müəllif qeyd edib. Əlavə edək ki, Rusiya məğlub olsa da, quyruğunu dik tutmağa, psixoloji güc nümayiş etdirməyə yəqin ki, davam edəcək. Ayıdan gözlənilən həmlələr hər nə qədər Türkiyənin öz yerini Qafqazda bərkitməsi ilə məhdudlaşdırılsa da, istənilən an müxtəlif formalı təxribatlar mümkündür. Və bu təxribatlar Azərbaycana onun təşəbbüsü ilə həmişəki kimi Ermənistanın əliylə vurula bilər. Təbii ki, Rusiya regiondakı mövqeyini itirməmək üçün Qarabağ kartı üzərindən oyunlar aparmağa çalışacaq. İndi əsas məsələ iki xalqın - Ermənistan və Azərbaycanın öz münasibətlərini həll etmək üçün onu ortaya vasitəçi kimi buraxmamasıdır. Ermənistan xalqı öz iradəsini göstərdi, Rusiyanı yox, Qərbi seçdi. Putindən qorxmadı. Kocaryan kimi bir canidənsə Qərbə meylli N.Paşinyanın qalib gəlməsi bizim üçün də müsbət hal hesab oluna bilər. Əslində hər nə qədər alçaldılsa da, olaylar onu göstərdi ki, Paşinyan düşünüldüyü qədər də sadə fiqur deyil. Revanşistlərin xəyallarının suya düşməsi ilə ermənilər özləri üçün yaradılmış “Qarabağ bataqlığından” çıxa, bu xəyaldan uzaqlaşa bilərlər. Qarabağ klanı məğlub oldu. Böyük ehtimalla Rusiyadan gələn bəlaları görmüş ermənilər artıq Türkiyə və Azərbaycanla münasibətlərin yaxşılaşmasına etiraz etməzlər. Yaxın müddətdə İrəvan-Moskva münasibətlərində artan gərginlik bəlkə Türkiyə ilə yaxınlaşmağa rəvac verəcək. Qərbin vasitəçiliyi ilə Rusiya olmadan Azərbaycan-Ermənistan dialoqu başlasa, bu hər iki tərəf üçün Rusiya təhlükəsinin aşılması demək olacaq. İndi Rusiya özünü məğlubedilməz olaraq təqdim etməyə çalışsa da, Gürcüstan nümunəsində biz bir neçə il öncə onun qanlı caynaqlarını geri itələməyin mümkünlüyünü gördük. Bu gün güclənmiş və arxasında Türkiyə kimi müttəfiqi olan Azərbaycanın bunu etmək şansı daha böyükdür. Ermənistana gəlincə, onlar artıq real gücün kimin əlinə keçdiyini alayıblar. Ermənistan politoloqu Aşot Safaryan ölkəsinin vəziyyətini bir neçə cümlə ilə belə şərh edib: “Kor və dəli qeyrətinə sığınmış xalqıma yazığım gəlmir. Öz əkdiyini biçməyə hazırlaşsın. Əsrlərdir rus dili hökm sürürdü, indi türk dili olacaq. Sup və borş yeməyə öyrəşmişdiniz, indi “smit və balıq əkmək” yeyəcəksiniz”.“Birinci onu qeyd edim ki, Ermənistanda seçkilərdə Moskvanın dəstəyi rol oynamadı. Bakının İrəvan üzəzrində hökmranlığı Ermənistan əhalisi üçün daha vacibdir, nəinki, abstrakt milli qürur. Milli qüruru soyuducuya qoymaq, süfrəyə gətirmək mümkün deyil, onun üçün gücünü itirməlisən, resurslarını sərf etməlisən. Zəngəzur Paşinyana səs verdi, həm də çox böyük dəstəklə, hay-küylə”.