Türkiyədə koronavirusun “Hindistan“ ştammı HƏYƏCANI...
Türkiyədə koronavirusun "Hindistan" ştammı (Delta variantı) tapılıb. Yenisabah.az "Haber Global"a istinadla xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb. O bildirib ki, Türkiyədə "Delta" variantı 134 nəfərdə qeydə alınıb.